Ötən gün Nizami metrostansiyasında qatarda bir oğlan qızı təpiklə vurub.

Daha sonra qolundan itələyərək ona xəsarət yetirib. Nəticədə qızın dodağı partlayıb.

Unikal.org xəbər verir ki, məsələ ilə əlaqədar Open.az-a açıqlama verən "Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, baş vermiş hadisə ilə bağlı Bakı metropoliteni üzrə polis şöbəsində təhqiqat araşdırma aparılır.

***

Metroda xəsarət yetirilən Nərmin Məmmədova (ad-soyad şərtidir) açıqlamasında bildirib ki, hadisə rəfiqəsi ilə söhbət edərkən baş verib: "Artıq qatar stansiyaya çatırdı deyə qapının ağzına yaxınlaşanda bilmədən oğlanın çiyninə dəymişəm. Həqiqətən xəbərim olmayıb. Gördüm ki, baxıb gülür. Elə bildim ki, rəfiqəmlə danışığımıza gülür. Soruşdum ki, nəyə gülürsən? Dedi ki, bəlkə çiyin-çiyinə çıxaq burda. Dedim çiyninə dəymişəm, bağışla. Gördüm deyir ki, sən bilirsən nəyə oxşuyursan? Mən də bu sözünə görə, onu söydüm. Elə bu vaxt məni yumruqla vurdu, sonra təpiklədi. Qatar çatdı və mən polis çağırdım. İndi də ekpertizaya gedirəm. Vurandan sonra heç üzr də istəmir, deyir əcəb etmişəm. Məni camaatın içində təhqir edib".