Qurban Qurbanovun Azərbaycan millisinin baş məşqçi postundan göndərilməsindən sonra milli komandanın mətbuat xidmətinin taleyinin necə olacağı sual doğururdu.
Milli komandanın keçmiş mətbuat katibi Elman Himayətoğlu Unikal.org-a açıqlamasında istefa verdiyini açıqlayıb. O bunun səbəbinin Qurbanovun gedişi ilə bağlı olmasını təsdiqləyib:
“Artıq mən də millidə yoxam. Səbəbi isə məni ora Qurban Qurbanov gətirmişdi, o da gedəndən sonra mən də getməli oldum.
Hazırda isə bir müddət istirahət etməyi düşünürəm”.
Qeyd edək ki, Elman Himayətoğlu əvvəllər “Zirə” klubunda eyni vəzifəni daşımışdı.