Argentinalı futbolçu Lionel Messi və atası Xorxe Orasio Messi iyunun 2-də vergidən yayınma ittihamına görə Barselona məhkəməsində olublar.
Məhkəmədə onlara rəsmi ittiham elan edilib.
Əgər günahkar bilinsələr hər ikisi 22 ayadək həbs cəzasına məhkum oluna bilər.
Söhbət 4,1 milyon avronun vergidən yayındırılmasından gedir.
L.Messi "Forbec" jurnalının siyahısında son onillikdə ən çox qazanan idmançılar arasında 350 milyon dollarla onuncudur.
İttihama görə, Messi və atası 2007 və 2009-cu illərdə Uruqvay, Belize, İsveçrə və Böyük Britaniyadakı şirkətlər yolu ilə vergidən yayınıblar.
Dinləmələr çərşənbə axşamı başlayıb, amma 28 yaşlı futbolçu zədəli olduğundan prosesə qatılmayıb.
Xorxe və Lionel Messi bütün ittihamları rədd edirlər.
Onu da qeyd edək ki, Lionel Messi 2000-ci ildən Barselonada yaşayır, 2005-ci ildə İspaniya vətəndaşlığı alıb.(azadliq.org)