Rusiyada vertolyot qəzası baş verib.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Buryatiyada, Ulan-Ude şəhərində qeydə alınıb.
"Robinson" vertolyotu yerə düşərək, ağaca çırpılıb və yanıb. Qəza zamanı vertolyotda 4 nəfər olub. Onların hamısı hadisə nəticəsində həlak olub.
Hadisənin baş verdiyi ərazi əhatəyə alınıb və ora təcili xidmətlərin əməkdaşları cəlb edilib.
Qəzanın başvermə səbəbləri məlum deyil.