"İnter"in ulduz oyunçusu Mauro İkardinin həyat yoldaşı və meneceri olan Vandra Nara yenidən gündəmə gəlib. Onun bu dəfəki çılğınlığı "buğa" üzərində olub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı xanım bu dəfə rodeo üzərində hünərini göstərib. Belə ki, V.Nara mexaniki buğanın üzərində 25 saniyə qalıb. Argentinalı gözəl görüntülərini instagram səhifəsində yayımlayıb.