Həbsdə olan bloger Mehman Hüseynovun vəkili Şəhla Hümbətova onunla bağlı yeni açıqlama verib.

Unikal.org-un məlumatına görə, vəkil onunla görüşdüyünü bildirib:

“Bu gün Mehman Hüseynovla görüşdüm. Müalicə müəssəsinə köçürülməyib, 1 saylı istintaq təcridxanasındadır. Ombudsman Aparatının nümayyəndəsi və həkimi təcridxanada onunla görüşüb. Mehman bildirdi ki, mədəsində olan ağrılara görə həkimin məsləhəti ilə süd və duru süd məhsullarını qəbul etməyə başlayıb. Həkim nəzarətindədir”.