Türkiyənin keçmiş qadın futbolçusu Serenay Aktaş və aktyor Kenan Acarın mart ayında başlayan sevgi münasibəti iyunda bitib. İddiaya görə ayrılmanın səbəbi Serenay Aktaşın rəfiqəsi Açelya Topaloğludur. Açelya üzündən Kenan Serenaydan vaz keçib.
Unikal.org Türkiyə KİV-nə istinaədn xəbər verir ki, yeni cütlüyün münasibəti bir neçə ay sonra mətbuata məlum olub.
Bu xəbərdən son ra çox əsəbləşən Serenay Aktaş Açelya Topaloğlu üçün “tvitter”dən “Bu iyrənc əməlinə inanmaq istəmirəm. Ürəyim bulanır” sözlərini yazəb. Serenay Aktaş futbolu atdıqdan sonra aktrisa kimi fəaliyyət göstərməyə başlayıb. S.Aktaş və K.Acar ‘Meryem’ serialında iki sevgilini canlandırmışdılar. Onlar daha sonra sevgili olublar.