İtaliyada hər il verilən “Qızıl zibilqabı” antimükafatının sahibi məlum olub.

Unikal.org xəbər verir ki, 2018-ci ilin yekunlarına görə, bu mükafat hazırda İspaniyanın “Atletiko” klubunda çıxış edən xorvatiyalı hücumçu Nikola Kaliniçə “qismət olub”.

Ötən mövsüm icarə əsasında "Milan"ın formasını geyinmiş 31 yaşlı forvard 49,1 faiz səslə birinci yeri tutub.

"Roma"nın hücumçusu Patrik Şik (19,3) ikinci, "Milan"ın daha bir forvardı Andre Silva (13,3) üçüncü yeri tutub.

13 min azarkeşin səs verdiyi sorğuda ən zəiflərdən ibarət "10-luğ"a Türkiyə millisinin və "Milan"ın yarımmüdafiəçisi Hakan Çalhanoğlu da düşüb.

2017-ci ildə "Qızıl zibilqabı" "İnter"in sabiq yarımmüdafiəçisi, hazırda Braziliya "Santos"unda icarə əsasında forma geyinən Qabiqola verilib.