“Mançester Yunayted” sabiq baş məşqçisi Joze Mourinyoyla, ona ödəniləcək təzminatın məbləğiylə bağlı razılıq əldə edib.
Unikal.org xəbər verir ki, “qırmızı şeytanlar” portuqaliyalı mütəxəssisə 15 milyon pound təzminat ödəyəcək. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
“Mançester Yunayted” Mourinyonu müqavilə müddəti bitməmiş göndərdiyi üçün ona 22,5 milyon pound ödəməliydi.
Premyer Liqa təmsilçisinin 15 milyon poundluq təzminatı nağd ödəyəcəyi bildirilir.
Mourinyo “Mançester Yunayted”in uğursuz çıxışlarından sonra, 2018-ci ilin dekabrında baş məşqçi postundan göndərilmişdi. Ondan sonra komandanın “sükan"ı Ole-Qunnar Sulşerə tapşırılıb.