21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının yanvarın 21-dən 24-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı olacaq.
Unikal.org AFFA-nın saytına istinadən xəbər verir ki, yeni baş məşqçi Milan Obradoviç toplanışa ancaq Premyer Liqa və I divizion klublarında çıxış edən futbolçuları dəvət edib. Hazırlıq prosesində aşağıda adları qeyd olunan oyunçular iştirak edəcək:
Kamran İbrahimov, Ömər Buludov, Əsgər Hüseynov, Anton Krivotsyuk (hamısı “Neftçi”), Süleyman Süleymanov, Ricat Qarayev, Elvin Dəmirov, Tural Bayramlı, Murad Xaçayev, Süleyman Əhmədov, Baxşəli Baxşaliyev (hamısı “Sumqayıt”), Murad Popov, Amin Seydiyev, Rövlan Muradov (hamısı “Qəbələ”), Murad Qayalı, Nurlan Quliyev, Qədir Bayramlı (hamısı “Keşlə”), Faiq Hacıyev, Abbas Ağazadə, Əli Sadıxov (hamısı MOİK), Emil Qasımov (“Sabah”), İsmayıl İbrahimli, Nicat Süleymanov (hər ikisi “Qarabağ”)