İngiltərənin “Kardiff Siti” klubunun yeni transferinin də içində olduğu təyyarə dünən axşam saatlarında radarlardan yoxa çıxıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Manş dənizi üzərindən uçan və içində “Kardiff Siti”nin yeni transferi Emiliano Salanın olduğu təyyarə ilə dünəndən etibarən əlaqə kəsilib. Təyyarənin qəzaya uğradığı ehtimal olunur. Yerli polisdən verilən açıqlamada, aparılan axtarışların nəticəsiz qaldığı bildirilir.

Məsələylə bağlı açıqlama verən İngiltərə klubunun türk əsilli prezidenti Mehmet Dalman bunları deyib:

“Dünən Manş dənizi üzərində itən təyyarə ilə bağlı çox böyük narahatlıqlarımız var. Dəqiq məlumat gəlmədiyi üçün açıqlama verə bilmirik. Amma Emiliano Salanın təhlükəsizliyi üçün çox narahatıq”.

“Kardiff Siti”nin “Nant”dan transfer etdiyi hücumçunun komanda yoldaşları ilə sağollaşmaq üçün Fransaya getdiyi deyilir. 17 milyon avro qarşılığında transfer olunan 29 yaşlı futbolçu ilə 2022-ci ilədək müqavilə bağlanılıb. Bu transfer “Kardiff Siti” tarixinin ən bahalı keçidi olub.