Türkiyənin Şanlıurfa vilayətində polis tərəfindən saxlanılan iki dilənçinin üzərində çıxan pullar hər kəsin təəccübünə səbəb olub.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Şanlıurfanın Viranşehir mahalında polis əməkdaşları məscidlərin qarşında dayanan 2 dilənçini saxlayıb. Hər iki dilənçinin üzərini axtaran zaman ciblərindən ümumilikdə 9 min 130 lirə tapıldı. M.N.A. adlı dilənçinin üzərindən 6 min 500 lirə, Suriya əsilli H.C.-nin üzərində isə 2 min 630 lirə tapılıb.
Hər iki dilənçi polis tərəfindən saxlanılıb.