SSRİ Mərkəzi Televiziyasının tanınmış diktoru Yevgeni Suslov vəfat edib.

Unikal.org xəbər verir ki, o, 81 yaşında Moskvada dünyasını dəyişib.

Qeyd edək ki, Yevgeni Suslov 1937-ci ildə anadan olub. 1962-ci ildən SSRİ Mərkəzi Televiziyasında diktor kimi fəaliyyət göstərib. “Zaman” xəbərlər proqramının və “Mavi işıq” verilişinin aparıcısı olub.