“Arsenal”ın sabiq futbolçusu Abu Diabi karyerasını bitirib.

Unikal.org xəbər verir ki, bu barədə futbolçunun özü məlumat yayıb. Diabi karyerasını tez-tez zədələndiyinə görə bitirdiyini deyib.

2006-2015-ci illər aralığında “Arsenal”da forma geyinən 32 yaşlı yarımmüdafiəçinin son iş yeri Fransanın “Marsel” klubu olub.

Diabi 16 dəfə də Fransa millisinin uğurları üçün çalışıb.