Finlandiyanın xarici işlər naziri Timo Soyniyə hücum etməyə cəhd edilib.

Unikal.org-un Xarici KİV-ə istinadən məlumatına görə, Vantaada siyasi partiyalar seçkiöncəsi kampaniya keçirib. 

Soyni bildirib ki, naməlum kişi onu vurmaq istəyib, lakin tədbirdə olan mühafizə tərəfindən saxlanılıb. Hadisə Vantaa şəhərinin bazarında baş verib.  Hücuma cəhd edən şəxs haqqında məlumat verilməyib.