Bu gün Gürcüstanın müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının qurultayı keçirilib.
Unikal.org xəbər verir ki, sabiq prezident Mixail Saakaşvilinin lideri olduğu partiyanın yeni sədri elektron səsvermə ilə müəyyən edilib.
Sədrliyə yeganə namizəd olan keçmiş xarici işlər naziri Qriqol Vaşadze səs çoxluğu ilə partiyanın rəhbəri seçilib.
Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili martın 18-də Vahid Milli Hərəkat partiyasının sədri postundan istefa verib. O, bu qərarını partiyasına Gürcüstana gələrək rəhbərlik etmək imkanının olmaması ilə əlaqələndirib.