NOVCO Şirkətlər Qrupunun rəhbəri Fərid Novruzinin prezidenti olduğu Azərbaycan Çimərlik Federasiyası ciddi problemlərlə üz-üzədir. Belə ki, Federasiya idmançılara maaş vermədiyi üçün dağılma təhlükəsi ilə üz-üzə qalıb.
Məsələ ilə bağlı Azərbaycan Çimərlik Futbol Federasiyasının icraçı direktoru Rüfət Həsənov Unikal.org-a açıqlamasında milli komanda üzvlərinə maaş verilmədiyini təsdiqləyib: “Ümumiyyətlə bizim federasiyamız milli komanda üzvlərinə maaş vermir. Milli komandada idmançılara niyə maaş verməlidir? Hansı milli komanda üzvlərinə pul ödənilir? Ola bilsin ki, klublarda pul verirlər”.
Aygün İlqarqızı