Bir müddət gün öncə “Səbail” PFK daha bir legioner futbolçu – Maykl Essyen ilə 1,5 illik müqavilə imzalayıb. Essyen həmçinin”Səbail”in U-19 komandasının məşqçilər korpusunda da fəaliyyət göstərir.
Ancaq tərəflər arasında imzalanan müqavilənin şərtləri və digər detallar barədə başqa məlumat verilməyib.
Unikal.org-un məlumatına görə, Essyenin “Səbail”lə anlaşması kluba 500 min avroya (təxm: 1 milyon 110min manat) başa gəlib. Bu barədə dünyaca məşhur "transfermarkt" saytı məlumat yayıb. Mətbuatda yayılan xəbərlərə görə, "Səbail klubunun sahibi Rövnəq Abdullayevin qardaşıoğlu Tamerlan Abdullayevdir və klub SOCAR-dan maliyyələşir. Rəsmi mənbələrə görə, Klubun idarə sistemi Müşahidə Şurasıdır. Xatırladaq ki, peşəkar karyerasına Fransa “Bastia”sında başlayan Essyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb. Yarımmüdafiəçi “Çelsi” formasında 168 oyunda və 19 qol vurub. O, İspaniya paytaxtının “Real” və İtaliya nəhəngi “Milan”ın da şərəfini qoruyub.