Azərbaycan cüdoçusu Rüstəm Orucov Türkiyənin Antalya bölgəsində keçirilən Qran-pridə finala yüksəlib.
Unikal.org-un məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Orucov ardıcıl olaraq, cənubi koreyalı Hyunçeol Kanq, qambiyalı Faye Njie, ukraynalı Dmitro Kanivets və rusiyalı Leçi Ediyevi üstələyib. Həlledici qarşılaşmada onun rəqibi cənubi koreyalı Çanqrim An olacaq. An 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında qızıl medal qazanıb.
Qeyd edək ki, Qran-prinin ilk yarış günündə Gültac Məmmədəliyeva 52 kq çəki dərəcəsində bürünc medala sahib olub.