Antalyada keçirilən Qran-Pri yarışında cüdoçumuz Rüstəm Orucov gümüş medal qazanıb.

Unikal.org xəbər verir  ki, finala qədər uğurla irəliləyən R.Orucov (73 kq) həlledici qarşılaşmada Koreya Respublikasının təmsilçisi Çanqrim Ana məğlub olaraq gümüş medalla kifayətlənməli olub. 

Qeyd edək ki, daha əvvəl komandamızın üzvü Gültac Məmmədəliyeva 52 kiloqram çəki dərəcəsində bürünc medala layiq görülüb.