“Sevilya”nın baş məşqçisi Xoakin Kaparros ağır xəstəliyə tutulub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, La Liqanın 31-ci turunda “Valyadolid”lə qarşılaşdıqları oyundan (2:0) sonra keçirilən mətbuat konfransında deyib.
Kaparros qan xərçənginə tutulduğunu və bunun onun işinə əngəl olmadığını bildirib.
63 yaşlı mütəxəssis 2019-cu ilin martından “Sevilya”nı çalışdırır.