
Fransada keçirilən futbol üzrə Avropa çempionatında "F" qrupunun ilk oyunu keçirilib.
Unikal.org xəbər verir ki, Macarıstan millisi ilə qarşılaşan Avstriya məğlubiyyətlə üzləşib.
Fransalı hakim Klement Turpinin idarə etdiyi oyunu macarlar 2:0 hesabı ilə başa vurublar. Oyunda hər iki qol ikinci hissədə qeydə alınıb. İlk olaraq 63-cü dəqiqədə Adam Szalai, ardınca isə 87-ci dəqiqədə Zoltan Stieber fərqlənib.
Bu qrupda ikinci oyun Bakı vaxtı ilə 23:00-da Portuqaliya və İslandiya yığmaları arasında keçiriləcək.