Braziliya milli komandasının baş məşqçisi Karlos Dunqa istefaya göndərilib.
Unikal.org-un məlumatına görə, istefa qərarı Dunqanın federasiya rəsmiləri ilə görüşündə qəbul olunub.
Onunla birgə bütün məşqçilər heyəti də komandadan ayrılıb. Tezliklə yeni baş məşqçi axtarışlarına başlanılacaq.
Qeyd edək ki, Braziliya yığması Amerika Kubokunda qrup mərhələsindəcə mübarizəni dayandırıb.