Azərbaycan Voleybol Federasiyasının Prezidenti C. Qurbanovun və AVF rəyasət heyətinin qərarı ilə qurumun baş katibi Elşən İsmayılov vəzifəsindən azad edilib. Bu posta Cəlil Cəfərov təyin olunub. 

Unikal.org-a AVF-dən verilən məlumata görə, “Rabitə” və “Telekom” klublarının sabiq prezidentinin Azərbaycan Voleybol Federasiyasının Baş katib vəzifəsinə seçilməsi ölkəmizdə voleybol idman növünün daha da inkişaf etdirilməsi üçün məqsədə uyğun hesab edilmişdir.C. Cəfərov Azərbaycan voleybolsevərlərinə yaxşı tanış simadır.O, “Rabitə” komandası ilə 8 dəfə Azərbaycan çempionu olmaqla yanaşı, bu kluba Çempionlar Liqasının,CEV kubokununhəmçinin klublararası Dünya çempionatının qızıl və gümüş medallarını qazandırıb. Bununla yanaşı, “Telekom” komandası da Azərbaycan Superliqasında öz sözünü demiş və milli komandamızın heyətinin genişləndirilməsinə öz töhvələrini vermişdir.
Bütün voleybol sevərləri adından Cəlil Cəfərovu təbrik edir və gələcək işlərində uğurlar arzu edirik.