Türkiyə Super Liqasında XXXIII tur davam edir.
Unikal.org-un məlumatına görə, turun ikinci günündə iki qarşılaşma keçirilib.
Bürünc medal uğrunda mübarizə aparan “Trabzonspor”la “Beşiktaş”ın oyununda üç qol vurulub. 2:1 hesablı qələbə qazanan trabzonlular İstanbul təmsilçisi ilə xal fərqini ikiyə endiriblər. “Beşiktaş” isə qızıl və gümüşə olan nəzəri şanslarını da rəsmən itirib.
Digər matçda da eyni sayda qol qeydə alınıb. “Yeni Malatyaspor”u üç cavabsız qolla darmadağın edib “Antalyaspor” 6-cı pilləyə yüksəlib.
Qeyd edək ki, tura mayın 20-də yekun vurulacaq.
Türkiyə Super Liqası
XXXIII tur
18 may
“Antalyaspor” – “Yeni Malatyaspor” – 3:0
Alpsoy, 45, Erdinc, 55, 65
“Trabzonspor” – “Beşiktaş” – 2:1
Novak, 53, Yazıçı, 77 – Kaqava, 74