Yeniçağ.az saytının əməkdaşı, jurnalist Səxavət Məmməd 10 sutkalıq həbs edilib.

Unikal.org xəbər verir ki, saytın baş redaktoru Aqil Ələsgər əməkdaşının həbs olunma səbəbini açıqlayıb:

"Səxavətin həbsində rəsmi motiv alimentin ödənilməməsidir. Məhkəmə günü ona təqdim olunan hesaba bir ildir pul ödəmədiyi ittihamı irəli sürülüb. Hakim isə gözü önündə baş verənləri görməyərək, həm də yurdu-yuvası bilindiyi halda axtarışa verilən, axtarışa verildiyi üçün özü şəxsən Ağdam Polisinə gedən jurnalist haqqında son dərəcə ədalətsiz qərar çıxararaq, 10 sutka həbs cəzası verib. Biz dostları, həmkarları olaraq, o məbləği qarşılayacağımızı da hakimə də çatdırmışıq. Hətta hesab nömrəsini də tələb etmişik. Sabah Gəncə Appelyasiya Məhkəməsinin verəcəyi qərarı gözləyirik".