Şabran rayonunda 12 yaşlı qız itkin düşüb. 

Unikal.org xəbər verir ki, rayonun Dağbilici  kənd sakini, 1997-ci il təvəllüdlü Daşdıyeva Dürdanə Balaşah qızı bu gün səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.