Sumqayıtda 29 yaşlı gəncin meyiti evində tapıldı. 

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1990-cı il təvəllüdlü Həşimov Muxtar Oktay oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.