Tovuz rayonunda 26 yaşlı qadını ilan sancıb.

Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə rayonun Donqarquşçu kəndində qeydə alınıb. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan kənd sakini təsərrüfatla məşğul olan zaman onu ilan sancıb. 

Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən qadına həkimlər tərəfindən tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.