"Sivasspor” klubunun baş məşqçisi Rza Çalımbayla 34 illik həyat yoldaşı Leyla Çalımbay ayrılıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün boşanmasına səbəb baş məşqçinin həddindən artıq futbola bağlı olmasıdır.
Hətta Leyla Çalımbay ətrafına onunla bağlı bu fikirləri bildirib:
"Rzanı çox sevirəm, amma işini çox sevir. Onun üçün varsa-yoxsa futboldu. Mən də onun daha rahat olması üçün boşanmaqərarı verdim”.
Tərəflər məhkəmədə bir-birinə qarşı hər hansı maddi tələb irəli sürməyib.
Qeyd edək ki, boşanma qərarı baş məşqçinin xanımı tərəfindən irəli sürüb. Rza Çalımbay da onun bu qərarına hörmətlə yanaşıb.