İtaliya B Seriyasında mübarizə aparan “Palermo” klubu növbəti dəfə cəzalandırılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, İtaliya Futbol Federasiyası “Palermo”nu həvəskarlar liqası hesab olunan D Seriyasına göndərib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Məlumatda, B Seriyasına qatılmaq üçün lazım olan şərtləri yerinə yetirməyən klubun maliyyə qaydalarını da pozduğu bildirilib.

Bir müddət əvvəl “Palermo” C Seriyasına göndərilsə də, klubun Federal Apellyasiya məhkəməsinə müraciətindən sonra bu qərar ləğv olunmuş və komanda növbəti mövsümdən B Seriyasında mübarizə aparmaq hüququ qazanmışdı.