İspaniyanın “Real” klubunun baş məşqçisi Zinədin Zidanın böyük oğlu Enzo Zidanın yeni iş yeri müəyyənləşib.
Unikal.org xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi bundan sonra Portuqaliyanın “Aveş” klubunun uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Ötən mövsümü 14-cü pillədə başa vuran Premyer Liqa təmsilçisi Zidanla 2 illik müqavilə bağlayıb.
“Real”ın yetirməsi olan Enzo, Madrid klubunun əvəzedici heyətində oynasa da, əsas komandada debüt etməyib. O, bir müddət İspaniyanın “Alaves” klubunda oynadıqdan sonra İsveçrənin “Lozanna-Sport” klubuna üz tutub. Geridə qalan mövsümdə isə yarımmüdafiəçi icarə əsasında İspaniyanın “Rayo Mahadaonda” klubunun uğurları üçün çalışıb.