Merih Demiral üçün "Milan" iddiası

"Yuventus"un "Sassuolo"dan 18 milyon avroya aldığı türk futbolçu Merih Demiralın "Milan"da icarə əsasında forma geyinəcəyi iddia edilir.  

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "qoca sinyora" türk futbolçu daha çox oyun təcrübəsi qazanması üçün "Milan"a icarəyə vermək niyyətindədir.

Bildirilir ki, "qırmızı-qaralılar"ın Deyan Lovren və Matiya Nastasiçi heyyətinə qatmaq üçün etdiyi transfer cəhdləri boşa çıxdığı üçün Merih Dəmiralın transferini müsbət qiymətləndiriblər.

Qeyd edək ki, "Yuventus"un "Sassuolo" ilə imzaladığı müqavilədə oyunçunun başqa bir İtalyan klubuna satılması halında öncəliyin "Sassuolo"ya verilməsi bəndi yer alıb.

Merih Demiralı heyyətinə qatan "Yuventus" "Ayaks"ın gənc kapitanı De Laytla razılaşıb və onu 75 milyon avroya transfer etməyə hazırlaşır. De Laytla yanaşı "Yuventus"un müdafiə xəttində Bonuççi və Kiyellini kimi futbolçular da var.