Fransada keçirilən Avropa çempionatında "C" qrupunun son matçları oynanılıb.
Unikal.org xəbər verir ki, çempionatın 3-cü turu çərçivəsində Almaniya Şimali İrlandiyanı, Polşa isə Ukraynanı məğlub edib.
Hər iki oyunda 1:0 hesablı nəticə qeydə alınıb və Almaniya və Polşa "play-off" mərhələsinə vəsiqə qazanıb.
Almaniyanın heyətində Mario Gomez (30-cu dəqiqə), Polşada isə Jakub Blaszczikovski (54) fərqlənib.
Yekun nəticəyə görə, Almaniya və Polşa hərəyə 7 xal toplayıb, Şimali İrlandiya 3 xalla üçüncü pillədə qərarlaşıb və növbəti mərhələyə çıxmaq şanslarını saxlayır. Ukrayna isə aktivində 0 xal ilə turnirə vida edib.