Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Sərhəd Qoşunlarının Qazax və Ağstafa rayonları ərazisində hərbi hissə və bölmələrinin xidməti döyüş fəaliyyətini yoxlayıb.

DSX-dan Unikal.org-a verilən məlumata görə, E.Quliyev sərhəd zastavalarında və sərhəd döyüş məntəqələrində xidmət edən şəxsi heyətlə görüşüb, dövlət sərhədində sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması istiqamətində görülən işlərə baxış keçirib.

General-polkovnik dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verib.