Bakı şəhəri 11 saylı Vəkil Bürosunun məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

Unikal.org xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzə Tağızadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Məhkəmə iddianı qeyri-mümkün hesab edib. Vəkil Bürosunun istəyi reallaşmayıb.

Qeyd edək ki, 11 saylı Vəkil Bürosu hazırda Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Qəmbərov küçəsi 22-də fəaliyyət göstərir. Büro rəhbərliyi bir neçə ay əvvəl yeni torpaq sahəsinin ayrılması ilə bağlı Binəqədi Bələdiyyəsinə müraciət edib. Binəqədi Bələdiyyəsi isə onlara rədd cavabı verib. Bundan sonra 11 saylı Vəkil Bürosu Binəqədi Bələdiyyəsini məhkəməyə verib. 

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Vəkil Bürosu torpaq sahəsinin ayrılması barədə tələb irəli sürüb.

Məhkəmə iddianı rədd edib.

Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verib. 

Üçüncü şəxslər qismində isə Bakı Şəhər İcra Hakimiyyəti ilə Binəqədi Rayon İcra Hakimiyyəti göstərilir.