“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
Unikal.org xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Kiprdə APOEL-lə üz-üzə gəlib. Nikosiyadakı GPS stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
54-cü dəqiqədə Mahir Emreli topu rəqib qapısından keçirib. 68-ci dəqiqədə onun yerinə meydana “Qarabağ”ın yeni transferi Maqaye Qeye daxil olub. Fransalı hücumçu bir dəqiqə sonra hesab arasındakı fərqi ikiyə yüksəldib. APOEL-in qolunu isə 95-ci dəqiqədə Giorgos Merkis vurub.
Qeyd edək ki, komandalar arasındakı cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Həmin görüş saat 20:30-da start götürəcək.