Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevlə bağlı müxtəlif xəbərlər yayılmaqdadır. Əvvəlcə onun xüsusi təyinatlılar tərəfindən saxlanıldığı bildirilsə də, məlumat öz təsdiqini tapmayıb.

Unikal.org xəbər verir ki, Atambayevin hazırda evində olduğu bildirilir. Bu dəqiqələrdə yayılan digər məlumata görə, eks-prezident xüsusi təyinatlılara təslim olmaq niyyətində deyil və silahlılara müqavimət göstərir. 

Onun evinin ətrafına yığışan 300-ə yaxın tərəfdarı ilə xüsusi təyinatlılar arasında qarşıdurma davam edir. Ərazidən atışma səsləri eşidilir. Hər iki tərəfdən yaralıların olduğu, hətta bir nəfərin öldüyü deyilir. 

Rəsmi qurumlar isə hələlik susmağa çalışırlar, indiyədək baş verənlərlə bağlı ictimaiyyətə heç bir açıqlama verilməyib.

19:37

xxx

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev saxlanılıb.

Unikal.org xəbər verir ki, bu barədə TASS-a keçmiş dövlət başçısının qərargahından məlumat verilib.

"Bir neçə xüsusi təyinatlılar Atambayevin evinə yaxınlaşıb, oradan atəş səsləri eşidilir. Əməliyyat zamanı, təxminən, 10 nəfər yaralanıb", - qərargahdan bildirilib.

Qeyd edək ki, Qırğızıstanda sabiq Prezident A. Atambayevə qarşı parlament araşdırması aparılır. Bu ilin iyununda deputatlar sabiq Prezidenti toxunulmazlıqdan məhrum ediblər. Ona qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb. Son bir il yarım ərzində A. Atambayevin tərəfdarları da cinayət məsuliyyətinə cəlb edilib. O, iyul ayında Moskvaya gedib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. 

Xatırladaq ki, A. Atambayev 2010-cu ildə baş vermiş inqilab zamanı müxalifətin lideri olub. O Qırğızıstanın sayca 4-cü Prezidentidir. A. Atambayev ölkəyə 2011-2017-ci illər aralığında rəhbərlik edib.