Ukrayna milli komandasının baş məşqçisi Mixail Fomenko Fransada keçirilən futbol üzrə Avropa çempionatındakı bıabırçı çıxışdan sonra istefaya gedib.
Unikal.org Ukrayna mediasına istinadən bildirir ki, onun fikrincə, qarşıya qoyulan vəzifə yerinə yetirilmədiyindən əməkdaşlığı davam etdirməyin mənası yoxdur.
"Mən nəticənin olmaması üçün məsuliyyəti üzərimə götürüb istefa verirəm", - Ukrayna Futbol Federasiyasının saytında bildirilir.
Ukrayna millisi qrup mərhələsində keçirdiyi 3 oyunda bir xal belə qazanmayıb. Komanda iyunun 12-də 2:0 hesabı ilə Almaniya yığmasına uduzub. Mixail Fomenkonun yetirmələri Şimali İrlandiyaya da həmin hesabla məğlub olub. Ukraynalılar öz çıxışlarını iyunun 21-də Polşa millisinə 1:0 hesabı ilə uduzmaqla başa vurublar.