Yalovada 9 yaşındakı qız uşağı sosial şəbəkədə ona cinsi məzmunlu videolar göndərən manyakla bağlı anasına məlumat verib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər veirr ki, ana manyakla sosial şəbəkə vasitəsiylə əlaqə yaradaraq polisə şikayət edəcəyini yazıb. Manyak bu dəfə həmin görüntüləri uşağın anasına göndərib.
Videoları göndərən 46 yaşlı Turan Öztürk saxlanılıb.
Məlumatda bildirilir ki, 46 yaşlı kişi 9 yaşlı qıza öncə dostluq göndərib. Uşaq onun dostluğunu qəbul etdikdən sonra azyaşlı qıza cinsi mövzulu yazıla yazmağa başlayıb. Bununla yetinməyən manyak uşağa özünə aid çılpaq foto və videolar göndərməyə başlayıb.
Elə hadisə də bundan sonra baş verib.
Qadının polisə verdiyi məlumatdan sonra Turan Öztürk saxlanılıb. Evli və 2 uşaq atası olduğu deyilən manyak ifadəsi alındıqdan sonra məhkəməyə sövq edilib. İlk məhkəmədən sonra həbs olunan T.Öztürkün bundan öncə "cinsi istismara görə itiham edildiyi məlum olub.