Kipr bayraqlı lüks yaxta Antaliyanın Kas mahalında olan dənizkənarındakı qayalığa çırpılıb.
Unikal.org türk mətbuatına istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında Kas mahalındakı “Qız adası” yaxınlığında baş verib.
Məlumatda bildirilir ki, 25 metr uzunluğunda olan “Aldenis” adlı lüks yaxta naməlum səbəbdən qayalığa çırpılıb. Hadisə nəticəsində 4 ekipaj üzvündən 2-si yüngül yaralanıb.
Yaralılar dərhal Kaş Dövlət Xəstəxanasına çatdırılıb və müayinədən sonra ambulator müalicəyə buraxılıb.
Qeyd edək ki, lüks yaxta 2004-cü ilin istehsalıdır və 900 min avro dəyərindədir.