Ukrayna Ali Radası yeni Baş nazir seçib.
Unikal.org "Ukrinform"a istinadən verdiyi xəbərə görə, namizədliyi Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən irəli sürülən Aleksey Qonçarukun Baş nazir kimi təsdiqlənməsinə 290 deputat səs verib.
35 yaşlı Aleksey Qonçaruk hüquqşünas, hüquq üzrə fəlsəfə doktorudur. O, Ukrayna Prezidentinin aparat rəhbərinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb.