ABŞ və Türkiyə prezidentləri Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Unikal.org Ağ Evin Mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər İdlib və ətrafındakı humanitar vəziyyətə dair narahatlıq ifadə ediblər.
Yeni humanitar böhrana yol verməmək üçün birgə səyləri davam etdirməklə bağlı razılığa gələn iki dövlət başçısı həmçinin müxtəlif ikitərəfli və regional məsələləri də müzakirə ediblər.