Atlantik okeanında irəliləyən və getdikcə şiddətlənən Dorian qasırğasının həftə sonu ABŞ-ın Florida əyalətinə çatması güman edilir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu səbəblə Polşaya səfərini təxirə salıb.
Hal-hazırda şiddəti 1-ci kateqoriya olan qasırğanın ABŞ-a çatdıqda 4-cü kateqoriyaya çatacağı gözlənilir.
Qasırğanın ən çox təsir göstərəcyi təxmin edilən Florida və Georgia əyalətlərində fövqəladə vəziyyət elan edilib. Qasırğanın Floridaya çatanda sürətinin 210 km/saat olacağı güman edilir.