ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Şimali Koreyaya qarşı sanksiyalardan yayınmağa yardım göstərən iki fiziki və üç hüquqi şəxsə, bir də gəmiyə qarşı sanksiya tətbiq edib.
Sanksiyalara Tayvanın ("Chinese Taipei") Şimali Koreya gəmilərinə neft ötürən “Jui Cheng Shipping Company Limited”, “Jui Pang Shipping Co ltd”, “Jui Zong Ship management Co ltd” gəmiçilik şirkətləri, Panama bayrağı altındakı “Shang Yuan Bao” gəmisi, habelə əvvəllər cəmi 1,7 milyon litr neft məhsullarını Şimali Koreya bayrağı altındakı gəmilərə azı iki dəfə ötürən iki nəfər fiziki şəxs məruz qalıb.