Dorian qasırğası şiddətini artıraraq Atlantik okeanında irəliləməyə davam edir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sürəti saatda 285 kilometr olan qasırğanın şiddəti 5-ci kateqoriyaya yüksəlib və Baham adalarına çatıb. Bu qasırğa ABŞ tarixində ən şiddətlisi olub.
Baham adalarında yaşayanlar qasırğanın görüntülərini sosial şəbəkədə paylaşıblar. Həmin görüntülərdə evləri su basdığı və bəzilərinin damlarının uçduğu görülür. Bəzi hava limanları bağlanılıb. Qasırğanın tezliklə Floridaya çatacağı gözlənilir.