Əfqanıstan paytaxtında baş verən terror hücumunda Rumıniyanın Kabildəki diplomatik nümayəndəliyinin əməkdaşı öldürülüb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı daha bir nəfər ağır yaralanıb.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Rumıniya səfirliyinin Kabildə yerləşdiyi düşərgədə sentyabrın 2-dən 3-nə keçən gecə xarici vətəndaşlara qarşı yönəlmiş terror aktı baş verib: "Terror hücumu nəticəsində Rumıniyanın Kabildəki diplomatik nümayəndəliyinin bir nümayəndəsi ölüb, digəri ağır yaralanıb. Yaralı Rumıniya vətəndaşı vəziyyətindən asılı olaraq ən qısa müddətdə Avropaya çatdırılacaq”.