Polis İdarəsində spirtli içki qəbul edən turisti yerdə sürüyərək təpikləyən polis məmuru Gürşah Üregül vəzifəsindən uzaqlaşdırılıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Şimali Kipr Türk Respublikasında Hava Nəqliyyati Üzrə Polis İdarəsində baş verib. Polisin turisti döydüyü görüntülər sosial şəbəkədə paylaşılıb. Həmin videoya sosial şəbəkə istifadəçiləri tərəfindən də sərt reaksiya gəlib.
Görüntülərdən də aydın olur ki, polis turistlə öncə mübahisə edib. Daha sonra onu yerə yıxaraq təpikləməyə başlayıb. Davaya digər polis əməkdaşları müdaxilə edib.
Hadisə ilə bağlı araşadırma aparılır.
Baş nazir köməkçisi və xarici işlər naziri Kudret Özersay həmin polislə bağlı bu ifadəni işlədib: "Belə bir ağılda olan şəxsin bizim polisdə yeri yoxdur".