ABŞ-ın Alabama əyalətində 14 yaşlı yeniyetmə 5 ailə üzvünü silahla vuraraq öldürdüyünü etiraf edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o atasını, ögey anasını və 3 qardaşını öldürüb. Cinayəti törətdikdən sonra polisə zəng vuraraq hadisə yerinə çağırıb.
14 yaşlı uşaq ilk ifadəsində evin aşağı mərtəbəsində olarkən yuxarıdan silah səsini eşitdiyini desə də, bir neçə saat sonra cinayəti etiraf edib və həbs olunub.