Türkiyənin Mərsin şəhərində 5 yaşlı qız atasının doğum günündə ölüb.
Unikal.org xəbər verir ki, hadisə Mərsində yerləşən restoranların birində baş verib. Məlumata görə, ata ailəsi ilə birlikdə doğum gününü qeyd etmək üçün restorana gedib. Yemək yedikdən sonra qızları, Duyqu (15 yaş) və Duru (5 yaş) oyun oynamaq üçün restoranın oyun meydançasına gediblər.
Bir müddət sonra bacısının hərəkətsiz qaldığını görən Duyqu dərhal anasına xəbər verib. Uşağın yanına gələn valideynlər 5 yaşlı qızlarının öldüyünü görüblər. Bildirilir ki, uşağın ölümünə oyuncaqdakı elektrik cərəyanı səbəb olub. Valideynlər qızlarının sol əlinin yandığını və göy rəngdə olduğunu bildiriblər.
Restoran sahibləri təqsirkar olduqlarını qəbul ediblər.
Faktla bağlı cinayət işi açılıb.